manera.az
manera.az

İmmunitetinizi belə gücləndirin - 5 yol

İmmunitetinizi belə gücləndirin - 5 yol
Yaz aylarında, xüsusən də koronavirus pandemiyasının yayıldığı bir dövrdə immunitetin necə gücləndirilməsi ən vacib məqamlardan biridir.

Manera.az pandemiya dövründə xəstəliklərdən necə qorunmalı olduğunuz barədə sizə yolla təqdim edəcək.

Düzgün qidalanmaq:

Səhər yuxudan duranda və yemək qəbulundan 30 dəqiqə əvvəl 1 və ya 2 stəkan su içilməlidir. Suyun içilməsinin miqdarını aşağıda qeyd etdiyim hesablamaya görə təyin etmək mümkündür: Qadınlarda çəki (kq) X 0.30, kişilərdə çəki (kq) X 0,33. Məsələn, qadın 60 kq-dırsa çəki 0.30-a vurulur və onun üçün gün ərzində 1, 8 litr su içməyi müəyyən olunur. Çayı limonla içmək və bitki çaylarından istifadə etmək tövsiyə olunur. Səhər yeməyinə kalsium və zülal ilə zəngin olan yumurta, süd, pendir, bal, kəsmik, şor daxil edilməlidir. Günorta tərəvəzli şorbalar, borş, zülal ilə zəngin olan lobya, mərcimək şorbaları ilə qidalanmağınız tövsiyə olunur. Həftədə iki dəfə balıq yemək olduqca faydalıdır.

İdman etmək:

Əgər oturaq bir işdə işləyir və uzun müddət kompüter arxasında qalırsınızsa mütləq şəkildə kiçik fasilələr etməli və mümkün qədər yürüş etməlisiz. Düzənli olaraq idmanla məşğul olmaq ən gözəlidir.

Stressdən uzaq olmaq:

Müsbət fikirlər və nikbin əhval-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Elmi təcrübələr göstərir ki, optimistlər daha uzun və xoşbəxt ömür sürürlər.

Nizamlı yuxu:

Yuxu bədəni güclü, zehini oyaq saxlayar. Hind toyuğu və süd məhsulları kimi bəzi qidalar triptofan ehtiva etdikləri üçün yuxu gətirər. Axşamlar kofe içməkdən çəkinin.

Pis vərdişlərdən uzaq olmaq:

Zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir./azedu.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031