ASAN könüllüləri və “Azərsun”dan polislərə təşəkkür - FOTOLAR
![]()
“ASAN Könüllüləri" Təşkilatı "Azərsun" Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.
ASANdan Manera.az-a verilən məlumata görə, 4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunacaq.
Qeyd edək ki, #VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.
MANERA.AZ