manera.az
manera.az

Bir gün hər şey düzələcək – Puşkin

📅 22.04.2020 09:23

Bir gün hər şey düzələcək – Puşkin
Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin vəbanın yayıldığı bir vaxtda – 1827-ci ildə karantin günlərini Boldinoda (Rusiyanın Nijeqorodsk vilayətində kənd) keçirib. Və xəstəliyin tüğyan etdiyi dövrdə karantin günləriylə bağlı belə bir şeir yazıb. Bu şeir günümüzün "Covid-19" virusunda yaşanan karantin günləri ilə tam səsləşir. Həmin şeiri sizə təqdim edirik:

Ey ölkəmin sakinləri,
Bu cür əzablı zamanda
Təbrik edirəm sizləri
Böyük bahar bayramında.

Bir gün hər şey düzələcək,
Kədər, gərginlik bitəcək.
Açılacaq bütün yollar
Bağçalar çiçəkləyəcək.

Zəkamız gəlsin köməyə,
Azarı elmlə dəf edək.
Ağır sınaq günlərinə
Ailətək davam gətirək.

Saflaşıb müdrikləşərik,
Qorxuya təslim olmarıq.
Daha mehriban davranıb
Ruh yüksəkliyi taparıq.

Bayram süfrəsi başında
Gülümsəyərik həyata.
Həmin gözəl gündə Allah
Sevinc paylasın hamıya.
/artkaspi.az/

Tərcümə: Xanım Aydın


Baxış sayı - 1 616 | Yüklənmə tarixi: 22.04.2020 09:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031