manera.az
manera.az

Lev Tolstoyun məktubları - TƏRCÜMƏ | MANERA.AZ

Lev Tolstoyun məktubları - TƏRCÜMƏ  | MANERA.AZ
manera.azmanera.azL.N.Tolstoyun Sofiya Andreyevnaya son məktubu

Evi tərk etməyim səni məyyus edəcək. Təəssüf edirəm, amma məni anlamağa çalış və inan ki, mən başqa cür edə bilməzdim. Evdəki vəziyyətim daha dözülməzdir. Bundan başqa indiyədək yaşadığım dəbdəbə içində ömr edə bilmərəm. Bütün mənimlə yaşıd qocalar kimi, ömrümün son günlərini səs-küydən uzaq bir yerdə, sakitlikdə keçirmək istəyirəm.
Xahiş edirəm məni anlayasan. Yerimi bilsən belə, dalımca gəlmə. Sənin gəlişin həm mənim, həm də sənin üçün ağır olacaq. Həm də ki, qərarım dəyişməyəcək. Mənimlə yaşadığın 48 il üçün sənə təşəkkür edirəm. Qarşında nə günahım olubsa əhv elə və mən də öz növbəmdə bütün qəlbimlə nə səhfin varsa, bağışlayıram. Sənə düşdüyün bu vəziyyətlə barışmağı tövsiyyə edirəm. Mənim barəmdə pis fikirləşmə.


Maksim Qorkiyə
9 fevral 1900-cü il.
Əziz, Aleksey Maksimıç (əgər adınızı səhf yazmışamsa, üzrlü hesab edin), sizə gec cavab yazdığıma və açıqca göndərmədiyimə görə üzr istəyirəm. Mən sizi tanıdığım və sevdiyim üçün şad oldum. Aksanov deyərdi ki, elə insanlar var ki, onlar öz yazdıqları kitabdan daha yaxşı (o deyirdi ki, daha ağıllı), elə insanlar da var ki, daha betərdirlər. Sizin yazılarınızı bəyəndim, insan kimi daha da çox sevdim. Görün sizi necə tərif edirəm, səmimiyyətiniz ləyaqətinizin əsasıdır.

Salamat qalın, əlinizi möhkəm sıxıram.

Ümidvaram ki, məktubum sizə çatanda sağlamlığınızdan şikayətçi olmayacaqsınız. Çexovun "Mənim həyatım" hekayəsi necə də gözəldi. Mən onu tanıdığıma şad oldum.


Q.V.Makarova
17 mart 1908-ci il.
Sizin uşaqlara yazdığınız hekayələri oxudum. Onlardan çoxu gözəldir. Tək mən yox, hekayələri oxumağa verdiyim kəndli uşaqlar da bu fikirdədilər. Onlar hekayələri oxuyur, yadda saxlayır və başqalarına da danışırdılar. Ən çox hekayələrinizdə bəyəndiyim odur ki, əsərdən doğan mənəvi və ya əyani nəticə sözlə deyilmir.

Nəticə çıxarmaq uşaqların öz öhdəsinə buraxılır. Mən bu maraqlı təcrübəni kəndli uşaqlarla apardım. Və onlar hekayələrin mənasını mənə ətarflı anladırdılar. Tövsiyyə edirəm ki, yazı dilinizi nisbətən sadələşdirəsiniz. Amma ümumilikdə hekayələr mənalı və gözəldir. Siz bu işi mütləq davam etdirin.
Göndərdiyiniz kitablara görə təşəkkür edirəm. Salamat qalın!


M.A.Staxoviçə
5 fevral 1901-ci il.
Əziz Mixail Aleksandroviç, göndərdiyiniz kitaba və qolçaqlara görə sizə təşəkür edirəm. Arsibaşevin "Qan" hekayəsi üçün söylədiyiniz fikirlər sizin ədəbi zövqünüzün yüksəkliyini bir təsdiq edir. Yeni yazıçıların dilə qarşı etinasızlığı və bəzi ümumi çatışmamazlıqları saymasaq, "Qololobov", "Gülüş", "Üsyan" hekayələri də yaxşıdır. Arsibayevsə istedadlı gəncdir. Lakin özünəinam hissi fikirlərinin düzgün inkişafına mane olur.

Az qala çox vacib bir məsələni unudurdum. Mənim yazılarımı yaydığına görə Aleksandr Mixayloviç Badyanskiy adlı bir şəxsi Xarkov həbsxanasına salıblar. O fikirlərimlə tam razı olmasa da, mənim ona hörmətim böyükdür. Aleksandr yaşlı və xəstə bir adamdır. Daxili işlər nazirinin verdiyi qəribə təlimatdan sonra həbsxanadakı bütün birnəfərlik kameralarda olan ağır cinayətkarları ümumi kameralara yerləşdirərək, cəza müddətlərinin 1/3-i qədər də əlavə həbs verilib. Aleksandrı da bu cür ediblər. Bundan sonra onun vəziyyəti lap pisləşib. Əgər imkanınız varsa, bu işdə mənə köməklik göstərin. Bu əsl xeyirxah bir iş olardı.

P.İ.Biryukova
19 iyul 1910-cu il.
Əzizim Poşa! Sizin məktubunuzu aldığım üçün şad oldum. Qəlbdən-qəlbə yol var. Bilirəm ki, mənimçün siz dəyərli olduğunuz qədər, sizinçün də mən dəyərliyəm. Mariya Aleksandrovnagildə yanğın olub. Yazığın bütün əlyazmaları yanıb. O, bu ağır itkiyə çox çətin qatlaşdı. Biz o qadından çox şey öyrənməliyik. Onu hamı sevir, ona hamı yardım etməyə hazırdır. Sizin sözlərinizi də mütləq ona çatdıraram. Bizdəsə baş verənlər yanğından daha betərdir. Sofya Andereyvna, Çertkova olan nifrətindən çox gərgin və rahatsızdır. Amma düşünürəm ki, ona yaxşı olub, bu bir az da mənim xeyrimədir. Mütləq ailənizlə birlikdə bizə qonaq gəlin. Sofya Andreyevnanın indiki halı pərişan olsa da, sizin müsafirliyinizə sevinəcək və sizi layiqincə qarşılayacaq. Olmasa da ya Çertkov, ya da Nikolayevgildə sizi yerləşdirərəm. Saşayla mən rahatlığınız üçün əlimizdən gələni edərik. Sizinlə bir yerdə olmağı çox istəyirəm.
Sağ olun. Tezliklə gəlin. Həyat yoldaşınıza da salam deyin.

Davamı var...

Lev Tolstoyun məktubları - TƏRCÜMƏ  | MANERA.AZXanım Aydın
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930