manera.az
manera.az

Sumqayıta getmək istəmirdim - ÇİNARƏ ÖMRAY yazır... |MANERA.AZ

Sumqayıta getmək istəmirdim - ÇİNARƏ ÖMRAY yazır... |MANERA.AZ
manera.az

Sumqayıta getmək istəmirdim..
(Esse)


Həyatımın ən pis anlarını yaşadığım o xəstəxanaya yenə yolum düşəsi oldu. İşə bax ki, ən çox sevdiyim həkimim də ən çox nifrət etdiyim o irgənc dərman qoxulu xəstəxanada işləyir. Uzun sözün qısası, ordan ayrılanda hər zamanki kimi sevinərək deyil də, biraz fikirli çıxmışdım. Yol boyu bəzi şeyləri düşünə-düşünə gəlirdim. Hiss edirəm arxamdan kimsə məni səsləyir "Xanım, ay xanım"! .

Bu səsə ayıldım fikirdən, geri çöndüm ki, bir oğlandı əlində kağız uzadır mənə. Əslində bu tip adamlar çoxdu axı Mirmövsüm ağanın şəklini falan verib "nəyə imkanın çatır ver, ağam köməyin olacaq" deyirlər. Halsız və kefsiz halda "istəmirəm və inanmıram elə şeylərə " deyib yoluma davam etdim. Oğlan yenə iri addımlarla mənə çatıb dedi ki, "xanım nəyə inanmırsınız? Bu mənim nömrəmdiye sizə verirəm, tanış olaq deyə" . Birdə dönüb oğlanı başdan ayağa süzdüm. Balaca boy oğlan idi. Qara şalvar, ağ köynək geyinmişdi, bir də vetnamka.

Zalım oğlu şalvarının remenini qaldırıb düz ürəyinin başında bağlamışdı. Əynindəki köynəyin varatnekiylə qolları görsənir vessalam. Elə bil köynək qollardan və iri varatnikdən ibarət idi. Oğlan dayanıb ona baxdığımı görüb elə bil ki, ürəkləndi biraz. "Xanım maşınım ustadadı, görürəm yorğunsuz gəlin taksiylə aparım istədiyiniz ünvana" dedi. Yandım töküldüm bilmədim nə deyəm. Üzünə baxıb dedimki "qaqa sən hələ get remenini remen yerində bağlamağı örgən sonra gəl tanış olarıq" .

Biraz aralaşmışdımki biri yaxınlaşdı "s-ə-ə-n-i-i-i and-d-d verirə-ə-ə-ə-ə-m istədiylərivin canına-a-a-a, ağamın şəklini-i al . Ne ve-rer-sen ve-e-rersen. Sən o Allahın adı ağamın şəkilini al " Dedimki sən Allah, ağavı da götür, yeri get burdan onsuzda kefim yoxdu. Ondan canımı qurtarmışdım keçitdən cıxırdım ki, birdə baxdım Bakı Sumqayıt taksisində oturmuşam. Vallah, təkcə keçitdən çıxmağım yadımdadı burda necə oturduğumu xatrlamıram. Axı mən hələ Sumqayıta getmək istəmirdim...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031