manera.az
manera.az

Mehman Qaraxanoğlu: "Şair bir Oyunçudur!"

Mehman Qaraxanoğlu: "Şair bir Oyunçudur!"
ƏDƏBİ SEZİNTİLƏR...

ƏDƏBİ SEZİNTİLƏR...


Əriyən qar və “Karvan” simfonik muğamı...
Sanki bir almanın iki üzüdü...
Sözün səhra qatı...
***
Qurşağına xəncər taxmış igidlər kimi sıralanıb damdan sallanan sırsıralar...
Bu igidlər öz xəncərlərini Günəşə bağışlayarlar!
Bundan böyük səadət ola bilərmi?
Sözün də son missiyası budur...
***
Sənə atılan bir qartopu yetər ki, xoşbəxt olasan...
***
Qar son nəfəsində belə yaradıcılıqdan əl çəkmir - əl işlərini torpağa sərib gedir.
***
Asfalt Yolun da palçıqlı ayaqqabılarımıza ehtiyacı vardır...
***
Sənə bir xoş xəbər verim:
- Qarı Yerə göndərən Günəşdi, Günəş!!!
***
Bu gün Azərbaycan şeiri Hamiləlik Dövrünü yaşayır! Belə getsə, yayın qora bişirən vaxtında o, turş alçaya yerikləyəcək!
***
Repressiyalar heç bir sənə bitmir.
Onların anatomiyasının gələcəyə ötürülməsi üçün Tanrı tərəfindən seçimlər və seçilmişlər olur.
***
Şairlər əyalətdə doğulsalar da, Parisdə ölmürlər, ölən Paris olur!
Şairdə ölür Paris! ***

Şairlər doğulduğu arealı əbədi tərk edərkən özləri də bilmədən ilahi nizamı pozmuş olurlar...
O nizamın canlı mücəssəməsi Nizamidir!
***
Söz sözü çəkər!
Haraya?
Batinə!
Əgər şair bu çoxqatlı və ziqzaqlı prosesdə doğru mövqe sərgiləməsə, söz ondan yan keçməli olacaq. Bu, topqovma oyununa bənzəyir, Oyunçu intiusiya və səriştəsi hesabına öz yerini irəlicədən bilməli, topun trayektoriyasını bütün ruhu ilə hiss etməlidir!
Şair bir Oyunçudur!
***
Hər bir mətni yeni doğulan çağaya, adına “ilham” deyilən nəsnəni isə mamaçaya bənzətmək olar. Mamaçanı çağadan daha çox əldə edəcəyi gəlir ilgiləndirir. Ona görə də o tələsir, çünki qonşu palatada daha bir çağanın gəlişi gözlənilir. Bu isə əlavə gəlir deməkdir!
Qalır tələm-tələsik mətnin göbəyini kəsmək!
Və mətn qışqırır!
Zavallı şairin əzabları bundan sonra başlanır...
***
Yuxudan kal duran uşağın ağlama səbəbini bilirsinizmi? O ağlayır. Anası onu əzizləyir, başını köksünə sıxır, fəqət o, ananı “itələyir” Ana durmur, yenə cəhd edir, yenə, yenə...
Ana şüuraltı anlayır ki, gördüyü işin heç bir səmərəsi yoxdur, fəqət yenə usanmır. Və qəfil uşaq səsini kəsir.
Şairlər haman uşaq kimidi!
Nə istədiyini bilmirlər...
***
Zaman-zaman qurğuşun kimi yazarın içinə çökən ağırlıqlar günlərin bir günü bənd-bərəni dağıdıb zühur etməliydi. Uşaqlıqda nadir hallarda sevinəcəyim nəsnələrdən biri də kəndimizin içərisindən keçib dənizə tələsən dağ çayına sel-suyun gəlməsi olardı. Dostlarımla kənd boyu qaçışa-qaçışa bu olayı tanış-bilişlərimə atüstü yetirməyə can atardıq. Bu da daha çox yaz və qışın əvvəllərinə düşərdi. Belə məlum olardı ki, barmaqla sayılası xoşbəxtliklərimin iki və ya üçünün tarixçəsi, həm də məkanı irəlicədən bilinərdi. Kimsə səbirsizlik edib sora bilər ki, xoşbəxtliyin sel-suyla nə ilişkisi ola bilər?
Ən azından, balıq mövsümü başlardı.
Və bir az əvvəl qupquru taxaca dönən çayın gözlənilmədən dopdolu qadınlar kimi yançalarını əsdirə-əsdirə nəhəng nəhrə - Xəzərə canatımı qəribə hisslər oyadardı adamda. Qadın “sevgisi” burada da öz işini görərdi – yarğanlardan nəsə qoparmayınca, əl çəkməzdi...
Deyəsən, “İlham Pərisi” deyilən nəsnə el buymuş...
***
Çətir altında qadın çox bəxtəvər görünür. Çünki o, çətir kimi kainatın başı üstündə açıldığına əmindi.
Ey qadın, ey müəmma, çətir kimi açılmaqmı istəyirsən?!
Sən daha çox çətir “ləçəyini” üstündə saxlayan dəmir millərə bənzəyirsən.
Bumbuzsan. Fəqət sənə toxunmamaq da olmur.
Sanki heç nəyin sənə dəxli yoxdu.
Hər şey səndənkənar – çətirdənkənar baş verir. Külək də, çovğun da, qar da, yağış da, külək də üstündən ötüb keçir...
Sən isə heç nə olmamış kimi gedir... gedirsən...
***
Rəngbərəng sözlər də çeşid-şeşid insanlarla birgə eyni akvariumdadırlar.
Hərdənbir akvarium şüşəsini Çöl-dən taqqıldadanlar da olur...
İ.Muğanna və K.Abdulla kimi...
***
Sən Öz Sözünün üstündə durmusan!
Bunun fərqinə varırsanmı?
***
Ədəbiyyatı bu cür anlayanlar da vardır:
“Verilmiş sözlərdən söz birləşməsi və cümlələr düzəldib yazın”

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031