manera.az
manera.az

“İnteryerdə qeyri-ailə portreti” tamaşasının premyerası olacaq - MANERA.AZ

📅 14.10.2015 13:27

 “İnteryerdə qeyri-ailə portreti” tamaşasının premyerası olacaq - MANERA.AZ
Oktyabrın 15-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında O.Yernevanın pyesi əsasında səhnələşdirilmiş “İnteryerdə qeyri-ailə portreti” tamaşasının premyerası olacaq.

Tamaşada əsas rolları Xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Əməkdar Artist Yevgeniya Nevmerjitskaya, aktyorlar Əsgər Rəhimov, Mədinə Mulayeva ifa edəcəklər.

Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskidir.

Qeyd edək ki, gözlənilməz sonluqla bitən, komediya janrında olan tamaşa məhəbbətdə yaşın heç bir fərq daşımadığından və tənha qalmağın insan üçün heç də yaxşı olmamasından bəhs edir.


Baxış sayı - 1 666 | Yüklənmə tarixi: 14.10.2015 13:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930