manera.az
manera.az

Nobel mükafatı almış müsəlmanlar

Nobel mükafatı almış müsəlmanlar
Manera.az dünyanın ən nüfuzlu ödülü kimi qəbul edilən Nobel mükafatı almış müsəlmanları təqdim edir:

Ənvər Sədat - İlk müsəlman Nobel laureatı 1970-1981 illər arası Misirə rəhbərlik edən Ənvər Sədatdır. O, Nobel Sülh Mükafatını 1978-ci ildə İsrailin Baş Naziri Menahem Beginlə birlikdə "Kemp-Deviddə imzalanan Yaxın Şərqdə sülh prosesi haqqında ikitərəfli razılaşmalara və Misirlə İsrail arasında sülhə verdikləri töhfəyə görə" alıb.

Abdus Salam - 1979-cu ildə Fizika üzrə nobel Mükafatını Pakistan əsilli alim Abdus Salam Şeldon Li Qleşou və Stiven Vaynberqlə birgə fəaliyyəti nəticəsində əldə edib. Bu alimə mükafat "elementar hissəciklər arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsiri teoriyası, eyni zamanda zəif neytral carilərin proqnozlaşdırılmasına verdiyi töhfəyə" görə verilib.

Nəcib Məhfuz - Ədəbiyyat üzrə 1988-ci ildə Nobel alan ilk müsəlman yazıçı. O, əsərlərini ərəb dilində yazırdı və yalnız fransız dilinə tərcümə olunandan sonra dünya tərəfindən kəşf edilib. Ən məşhur əsəri "Qahirə trilogiyası"-dır.

Yasir Ərəfat - 1994-cü ildə Nobel Sülh Mükafatı Fələstinin lideri Yasir Ərəfata İsrailin siyasətçiləri İshak Rabin və Şimon Pereslə birgə "Yaxın Şərqdə sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə" alıb.

Əhməd Zəvail - 1999-cu ildə kimya sahəsi üzrə Nobel Mükafatını layiq görülüb. Ə.Zəvail elm aləmində femtokimyanın əsasını qoyan alim kimi tanınır.

Şirin İbadi - İlk müsəlman qadın Nobel mükafatçısı iranlı hüquq müdafiəçisi. O, "İranda insan hüquqları, xüsusən qadın və uşaq hüquqları uğrunda mübarizəyə verdiyi töhfələrə görə" mükafatı qazanıb. Ş.İbadi çıxışlarında öz islamsevərliyi və vətənpərvərliyi ilə seçilib.

Məhəmməd Əl-Baradey - Əl-Baradey Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə "nüvə silahının hərbi məqsədlərlə istifadə edilməsinin qarşısının alınması və dinc məqsədlər üçün istifadə edildiyi tədqirdə maksimal təhlükəsizliyin təmin edilməsində səylərə görə" mükafatı alıb.

Yunis Məhəmməd - Banqladeşdən olan Yunis Məhəmməd özünün yaratdığı "Grameen bank"la birgə "aşağıdan iqtisadi və sosial inkişafın yaradılması istiqamətindəki səylərinə görə" Nobel Sülh mükafatına layiq görülüb. O iqtisad elmləri üzrə professordur və yoxsullar üçan mikro-kreditlərin verilməsi, eyni zamanda "kənd hakimiyyəti" ideyalarının müəllifidir.

Orxan Pamuk - "Mənim adım qırmızı" əsəri ilə Nobel Mükafatı alan ilk Türkiyəli Orxan Pamukdur. 2006-cı ildə o bu mükafatı "öz doğma şəhərinin melanxolik ruhunu axtararkən mədəniyyətlərin toqquşmasına və qarışmasına səbəb olan yeni işarələr tapdığına görə" alıb.

Ellen Conson-Syorlif, Qbovi Leyma və Karaman - 2011-ci ildə mükafat qrup halında Liberiyalı Ellen Conson-Syorlif, Qbovi Leyma və Yəməndən olan Karamana "sülhməramlılıq fəaliyətində və qadınların hüquq və azadlıqları, təhlükəsizliyinin təmin olunması uğrunda apardıqları mübarizəyə görə" təqdim olunub.

Malala Yousafzai - Əslən Pakistanlı olan Malala, Taliban hərəkatının Svat vadisində qızların məktəbdə oxumasına qoyduğu qadağaya qarşı fəal mübarizəsi ilə tanınır. O, 2009-cu ildə, hələ 11 yaşında ikən Təhriki-Taliban rejiminin nəzarəti altında olan bölgədəki yaşayışı və Talibanın vəhşilikləri barədə BBC üçün yazmağa başladığı bloqun hesabına məşhurlaşıb. 2014-cü ildə isə Nobel Sülh mükafatına layiq görülüb.

Əziz Sancar - milliyətcə türk olan Əziz Sancar 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031