manera.az
manera.az

Nobel mükafatının pulunu kim, necə xərcləyib?

Nobel mükafatının pulunu kim, necə xərcləyib?
Mixail Şoloxov

Rus yazıçısı Mixail Şoloxov 1965-ci ildə aldığı No­bel mükafatının pulunun çox hissəsini dünya səyahətinə xərcləyib.

“Atam 1941-ci ildə aldığı Stalin mükafatını Müdafiə Fonduna keçirmişdi, Lenin mükafatını vaxtilə oxuduğu mək­təbin təmirinə sərf etmişdi, Nobel mükafatını isə özünə saxladı. O həmin pulla bizə – uşaqlarına Avropanı və Yaponiyanı göstərdi. Biz maşınla İngiltə­rəni, Fransanı, İtaliyanı başdan-başa gəzdik” – Şoloxovun qızı Svetlana xatirələrində belə yazırdı.

İvan Bunin

Bu mükafata 1933-cü ildə layiq görülmüş rus yazıçısı İvan Buninin yaxın ailə dostu Zinaida Şaxovskaya bu barədə öz memuarlarında yazırdı:

“Fransaya qayıdan İvan Alekseyeviç dəbdəbəli məclislər qurmağa, mühacirlərə müavinət, müxtəlif cəmiyyətlərə ianə paylamağa başladı. Nəhayət, son vəsaitini də bəzi “xeyir­xah adamların” məsləhəti ilə “gəlirli işə” yatırdı və o pullar da havaya sovruldu”.

Dario Fo

1997-ci ildə Nobel mükafatına layiq görülmüş məşhur italiyalı dramaturq Dario Fo da aldığı vəsaiti, hansısa “gəlirli işə” yatırmış və nəticədə müflis olmuşdu.

Rene Fransua Arman Sülli-Prüdom

1901-ci ildə ədəbiyyat üzrə ilk Nobel mükafatçısı, fransız şairi Sülli-Prüdom bu pulla adını əbədiləşdirmək üçün “Sülli-Prüdom poeziya mükafatı” təsis edir.

Amma mükafatın ömrü çox qısa olur – cəmi 6 il. Belə ki, şairin ölümündən sonra mükafat fondu ləğv edilir.

Qabriel Qarsia Markes

Kolumbiya yazıçısı Qabriel Qarsia Markes 1982-ci ildə aldığı Nobel mükafatının puluyla “Revista Cambio” adlı jurnal təsis etmişdi. Həmin jurnal bu gün də yazıçının vətənində və Meksikada nəşr olunur.

İmre Kertes

2002-ci ilin Nobel mükafatçısı, macar yazıçısı İmre Kertes aldığı vəsaitin necə xərclən­məsini həyat yoldaşına həvalə etmişdi:

“Xanımım mənimlə birlikdə tənha və yoxsul həyat yaşadığı il­lərə görə bu pulları ürəyi is­tədiyi kimi xərcləmək haqqı qazanıb. Qoy özünə nə qədər istəyir, pal-paltar, bər-bəzək alsın”, – İmre Kertes mətbuata müsahibəsində belə demişdi.

Aleksandr Soljenitsın

1970-ci ildə Nobel mükafatına layiq görülmüş rus yazıçısı Aleksandr Soljenitsın həmin vəsaitlə ABŞ-ın Vermont ştatında malikanə almışdı. Həmin malikanə iki evdən ibarət idi. Yazıçı bu evlərdən birindən iş kabineti kimi istifadə edir, o birində isə ikinci həyat yoldaşı, qayınanası və üç oğlu ilə yaşayırdı.

Orxan Pamuk

2006-cı ildə Nobel mükafatına layiq görülmüş Türkiyə yazıçısı Orxan Pamuk vəsaitin bir hissəsini müəllifi olduğu “Məsumiyyət muzeyi” romanı əsasında İstanbulda yaratdığı eyniadlı muzeyin binasının alınması, dizaynı və eksponatlarına xərcləyib../aydinyol.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930