manera.az
manera.az

“Ustad”ın 33-cü sayı

📅 01.02.2020 13:49

“Ustad”ın 33-cü sayı
“Hədəf Nəşrləri”nin təsis etdiyi, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 33-cü sayı nəşr olunub.

Manera.az xəbər verir ki, dərginin bu sayında da müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb.

Dərgi Şəmil Sadiqin “3 nöqtə”si ilə açılır.

Bundan başqa, jurnalda Müşfiq Xanın “Rəqib” detektiv romanından bir parça verilib. Səbuhi Şahmursoy 33-cü say üçün yazdığı “Janrsızlar” essesində janrını müəyyən edə bilməyən yazıçıları “qələm atəşinə” tutur, oxucu və müəllif arasında körpülərin yıxılmasının səbəblərini izah edir. İki uşaq atası Nizinin müəmmalı həyatı isə Xanım Anelanın “Müəmmalı” hekayəsində təqdim olunur.

Bu sayda yer alan resenziya yazısı Ceylan Mumoğlu qələmi ilə Cəlil Cavanşirin “Azğın” romanına həsr olunub.

İlqar İlkinin “Rüstəm Behrudi təlaşı” və Anar İbrahimovun “İnsanın mədəni inkişafının əsas amilləri” esseləri də jurnalda yer alıb.

Film həvəskarları üçün kino-resenziya da bu sayda dərc edilib. İlona Yezigarova “İdeal pasiyent” filmi haqqında danışıb.

Əvvəli 32-ci sayda verilmiş Dürdanə Ramazanlının “Sevgi çiçəkləri”, Cəbrayıl Şirəliyevin “Sərgüzəşti-əhli cəhənnəm”, C.Mumoğlu tərcüməsində Piter Kerinin “Xoşbəxtlik” hekayələri də 33-cü sayda yer alıb.

Dərginin “Sənət” rubrikasında “Müasir rəssamlığın 10 ən qəribə cərəyanı” haqqında S.Şahmursoyun yazısı işıqlandırılıb.

Kventin Tarantinonun və Nikol Kidmanın the-talks.com saytına verdiyi müsahibələr və Cəlil Cavanşirin “Mənim ən gözəl filmim – hələ çəkilmədiyim filmdir” deyən Elməddin Cəfərovla söhbəti dərginin “Müsahibə” rubrikasında təqdim olunub.

“Həmkarları tərəfindən sevilməyən məchul yazıçı” haqqında araşdırma-məqalənin müəllifi Xəyalə Murad, “Kitabi-Dədə Qorqud” dastanında təbiət və insan münasibətləri”nin müəllifi isə Mətanət İsmayılovadır.

Qismət MəsimHüseyn Bağıroğlunun müxtəlif məzmunda yazdığı şeirləri “Poeziya” rublikasında verilib.

Bundan əlavə, dərgidə “ÜstAd” uşaq əlavəsində C.Cavanşirin “Ceyla niyə ağlayırdı” hekayəsi, “İtburnu komiksləri”nin yerli yazıçılara həsr olunmuş yeni seriyası və Elməddin Cəfərovla kitab fotosessiyası da yer alıb.


Baxış sayı - 873 | Yüklənmə tarixi: 01.02.2020 13:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031