manera.az
manera.az

Bakıda Türkiyəyə həsr olunan şeir gecəsi keçirilib - Fotolar

📅 20.12.2019 08:18

Bakıda Türkiyəyə həsr olunan şeir gecəsi keçirilib - Fotolar
Dekabrın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Azərbaycanlı şairlərin Türkiyəyə həsr olunan şeirləri” adlı musiqili şeir gecəsi keçirilib.

Manera.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutuBədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir tədbirin əhəmiyyətindən söhbət açaraq bildirib ki, biz eyni millətik, eyni soy kökə malikik. “Keçmiş sovet dövründə uzun müddət bir-birimizdən ayrı düşdük. Bunun nəticəsində bir boşluq yarandı. Məqsədimiz iki dövlət arasında mədəni əlaqələri daha da genişləndirmək və bu boşluğu doldurmaqdır. Biz də Bakı Yunus Əmrə İnstitutu olaraq bu yöndə fəaliyyətimizi davam etdirəcəyik. Bugünkü tədbir də bu qəbildən sayılır. Tədbirdə iki ölkənin ədəbiyyatı və poeziyası haqqında məlumatlar əldə edə biləcəyik”, - deyə C.Özdemir vurğulayıb.

Bakı Türk Anadolu Liseyinin direktoru Nurullah Yazıçı belə tədbirlərin iki qardaş ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə öz töhfəsini verdiyini söyləyib.

Sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Gecədə Azərbaycanın görkəmli şairlərinin qardaş ölkəyə həsr etdiyi şeirlər söylənilib. Bakı Türk Anadolu Liseyinin musiqi qrupunun ifasında musiqi nömrələri səsləndirilib.

Bakıda Türkiyəyə həsr olunan şeir gecəsi keçirilib - Fotolar
Bakıda Türkiyəyə həsr olunan şeir gecəsi keçirilib - Fotolar


Baxış sayı - 1 086 | Yüklənmə tarixi: 20.12.2019 08:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031