manera.az
manera.az

Bakıda Böyük Türk dili qurultayı keçiriləcək

📅 12.09.2019 11:47

Bakıda Böyük Türk dili qurultayı keçiriləcək
XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Baş katibi Rasim Özyürək sentyabrın 26-da Bakıdakı Yunus Əmrə İnstitutunda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı keçiriləcəyini bildirib.

Manera.az xəbər verir ki, həmin gün Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə 87-ci türk dili bayramı baş tutacaq.

Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru R.Qaraca deyib: “Türk Dili Qurultayı və 87-ci türk dili bayramını həm ölkəmizdən, həm də xaricdən 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə böyük bir coşqu və həyəcanla qeyd edəcəyik”. O vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görüb.

XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı iki gün davam edəcək.


Baxış sayı - 1 370 | Yüklənmə tarixi: 12.09.2019 11:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031