manera.az
manera.az

Avstraliyada Türk Filmləri Festivalı başladı

📅 08.09.2019 01:00

Avstraliyada Türk Filmləri Festivalı başladı
Avstraliya Türk Dostluq Birliyi (ATMA) tərəfindən Sidney və Melbrun şəhərlərində keçirilən Türk Filmləri Festivalında ilk olaraq "Aykut Yeznə" filmi tamaşaçı ilə görüşdü.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya Baş İdarəsi, Yunus Əmrə İnstitutu və Sidney Baş Konsulluğu tərəfindən dəstəklənən Türk Filmləri Festivalı Sydneydəki "Palace Cinemas Norton"da keçirilən qala gecəsi ilə başladı.

Qala gecəsində Türkiyənin Sidneydəki baş konsulu Melih Qaralar, Fəhlə Partiyasından Yeni Cənubi Qaller Uels Əyalət Parlamentinə daxil olan ilk müsəlman millət vəkili Cihad Dip və "Diriliş Ərtoğrul" serialında Həlimə xatun obrazını canlandıran sənətçi Əsra Bilgiclə yanaşı incəsənət, siyasət və iş dünyasından dəvət olunan çox sayda qonaq iştirak etdi.

Sidney və Melburnda 15 sentyabra qədər davam edəcək festivalda "Aykut yeznə", "Can dostlar", "Orqanizə işlər", "Sazan sarmalı", "Yuxu", "Üç yol", "Öldür məni, sevgilim", "Buğda", "Toz" və "Turist Ömər: kosmos yolunda" filmləri tamaşaçılara təqdim olunacaq.//trt.net.tr//


Baxış sayı - 1 402 | Yüklənmə tarixi: 08.09.2019 01:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930