manera.az
manera.az

"Mətn, işarə, məna" adlı kitabın təqdimatı olacaq

📅 20.11.2019 06:49

"Mətn, işarə, məna" adlı kitabın təqdimatı olacaq
Tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusiflinin yenicə nəşr olunmuş "Mətn, işarə, məna" adlı kitabının təqdimatı olacaq.

Manera.az xəbər verir ki, təqdimat 26 noyabr 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçiriləcək.

Qeyd edək ki, kitab "AYB Kitab" layihəsi çərçivəsində "Mütərcim” nəşriyyatında çap olunub.

Kitab dörd bölümdən və 178 səhifədən ibarətdir.

Birinci bölüm olan “Formanın müqəddəs sirri”ndə klassik ədəbiyyatvə modern düşüncədə bədii formanın sirlərindən, müəlliflə bədii forma arasındakı münasibətlərdən bəhs olunur.

İkinci bölüm -“Mətnlərin yuxusu”nda bədii mətnlərdə ayrıca diqqəti cəlb edən "yuxu janrından" danışılır.Bu bölümdə Ceyhun Hacıbəylinin fransızca yazılmış “Bir il xəyallarda və bütöv bir ömür” romanı təhlil edilib.

Kitabın digər bölümlərindəYusif və Vaqif Səmədoğlunun əsərlərindən və bir sıra müasir Azərbaycan şair, yazıçıların yaradıcılıqlarından danışılıb.


Baxış sayı - 893 | Yüklənmə tarixi: 20.11.2019 06:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930