manera.az
manera.az

Bakıda türkiyəli yazarın kitabı təqdim edilib

Bakıda türkiyəli yazarın kitabı təqdim edilib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyə Yazıçılar Birliyinin üzvü, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Bəxtiyar Aslanın yaradıcılığı və “Üç əqrəb zamanı” kitabının özünəməxsusluqlarından danışıb. Müəllif haqqında bilgi verən akademik bildirib ki, Bəxtiyar Aslan Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Ümumilikdə 552 sayı işıq üzü görən “Türk ədəbiyyatı” jurnalının 2015-ci ildən baş redaktordur. Həmin jurnalda Azərbaycana da geniş yer ayrılır.

Akademik əlavə edib ki, şeirləri, hekayə və esseləri, araşdırma yazıları müxtəlif dərgilərdə işıq üzü görən yazıçı “Şəhərin xəbəri yox”, “Cənnətin son saatları”, “Qar və düyün”, “Yazının kölgəsi” və s. kitabların müəllifidir. İnstitutun direktoru Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşri olan bu əsəri Türkiyə və Azərbaycan ədəbiyyatının təbliği yolunda önəmli hadisələrdən biri kimi dəyərləndirib. Təqdimat mərasimində çıxış edənlərin kitab haqqındakı məqalələrinin Azərbaycanın müxtəlif mətbuat orqanlarında, “Türk ədəbiyyatı” jurnalında və ayrıca kitab halında çap olunmasını tövsiyə edib.
Bakıda türkiyəli yazarın kitabı təqdim edilib
AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Bəxtiyar Aslanın modern hekayəçiliyinə Azərbaycan ədəbiyyatı kontekstindən baxış” adlı məruzəsində Bəxtiyar Aslanın hekayələrini essevari düşüncə hekayələri kimi səciyyələndirib. Məruzədə həmçinin Təranə Vahidin ön sözü ilə polemika xüsusilə diqqəti çəkib.

Təqdimatda filologiya elmləri doktoru, professor Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktorları Xuraman Hümmətova, Lalə Həsənova, Eşqanə Babayeva da kitabın xüsusiyyətlərindən söz açıblar.

Kitabın tərtib edəni və ön sözün müəllifi Təranə Vahid bu cür dəyərli əsərlərin təqdimatının gerçəkləşdirilməsinə şərait yaratdığı üçün Ədəbiyyat İnstitutuna təşəkkürlərini bildirib. Ardahan Universitetinin Qurucu rektoru Ramazan Qorxmaz və Qazaxıstandan olan ədəbiyyatşünaslar da çıxışlarında bu tipli tərcümə işlərinin ümumtürk ədəbiyyatına müsbət təsirindən söz açıblar.

Sonda müəllif Bəxtiyar Aslan çıxış edərək təqdimat mərasiminin təşkili üçün təşəkkürlərini ifadə edib.

Qeyd edək ki, “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza, kitabın korrektoru isə Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyevadır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031