manera.az
manera.az

“Ustada sayğı gecəsi” keçiriləcək

 “Ustada sayğı gecəsi” keçiriləcək
Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə fevralın 13-ü Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək.

Manera.az xəbər verir ki, panel saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq.

Paneli giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacaq. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər.

Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələr edəcəklər.

Çıxışlar və dəyərləndirmələrdən sonra iştirakçılara Təşəkkürnamələr təqdim olunacaq.

Qeyd edək ki, həmin gün saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək “Ustada sayğı gecəsi”Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlayacaq.

AYB-nin sədri, Xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olunacaq.

Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova və xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa edəcəklər.
Türkiyəli qonaqların çıxışından sonra Aktyor Şamil İbrahimov “Mən Türkəm” şeirini səsləndirəcək.

Xalq şairi Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışından sonra tamaşaçılar, “Özümüzü kəsən qılınc” səhnə əsərinə baxacaqlar.


Baxış sayı - 1 314 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031