manera.az
manera.az

Bolqarıstanda Nəsiminin kitabı çap olunub - Foto

Bolqarıstanda Nəsiminin kitabı çap olunub - Foto
Bolqarıstanda İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı nəşr edilib.

Manera.az xəbər verir ki, kitab böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq çap olunub.

Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Cahana sığmayan Azərbaycan şairi” adlı ön sözdə Nəsimi yaradıcılığı Bolqarıstan oxucusuna təqdim edilib.
Bolqarıstanda Nəsiminin kitabı çap olunub - Foto
Kitab Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin birgə nəşridir. Nəsiminin kitabda yer alan əsərlərini bolqar dilinə Boyan Anqelov, İvan Eseniski, Nadya Popova çevirib.

Bolqarıstanın “Blqarski pisatel” nəşriyyatında işıq üzü görən kitabın redaktoru şair Dimitr Xristov, qrafik dizayneri isə Emiliya Kazakovadır.

Qeyd edək ki, Sofiyada çap olunmuş İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabının Bolqarıstan Elmlər Akademiyasında geniş təqdimatı və müzakirəsi keçirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930