manera.az
manera.az

Bütləşmiş insanlar - MANERA.AZ

 Bütləşmiş insanlar - MANERA.AZ

Tural Sahab

Atalar və oğullar problemi hər zaman olmuşdur. Atalar oğulları təcrübəsiz, oğullar isə atalarını müasir düşüncədən uzaq olmaqla suçlamışlar tarix boyu. Bu qədim Misirdə də belə olmuşdur, Yunanıstanda da, günümüzdə də. Hər iki tərəf özünə görə haqlıdır. Bu gün kimin haqlı olmağından daha çox öz məmləkətimizdə məsələnin nə yerdə olmağından danışmaq istəyirəm- bizdən öncəki nəsillərdən. Müsəlman şərqi ilə bağlı maraqlı bir söhbət var. Deyir: nə zamana qədər ki, mədrəsələrdə öyrənmək, özündən öncəkiləri keçmək həvəsi vardı müsəlmanlar dünyada söz sahibi idi. Avropada müsəlmanların yaratdığı “ Əndəlüs mədəniyyətini” misal çəksək bu fikri isbat etmiş olarıq. Və o zaman gəldi ki, Rabbanini, Qazalini bütləşdirdilər, yeni alimlər yetişdirmək əvəzinə onları keçilməz hesab etdilər, bax onda müsəlmanların dünya hakimiyyəti sona çatdı. Bu düşüncələr beynimi çox məşğul edir. Axı bizim də elə bütlərimiz var və onları qırmadan keçməmiz imkansızdı. Ancaq bu zaman çox ehtiyyatlı davranmaq lazımdı. Tənqidlə təhqiri bir- birindən seçərək etməliyik istədiklərimizi.

Füzuli bizim dünyaya çıxara bildiyimiz üç ədəbiyyat adamından biridi. Çox böyük qəzəlxandı. Çox gözəl. Ancaq oxuduğum bütün tənqidçilər, yazarlar qəzəlin zirvəsinin o, olduğunu deyir. Əgər zirvə odusa, o zaman kiminsə ondan yüksəyə qalxmasını gözləmək sadəlövhlük olar. İndi biri çıxıb desə Füzuli şair deyil, əlbət yalan demiş olacaq və o fikri çox insan qəbul etməyəcək. Bəs qəzəldə Füzuli bütünü necə qırmalıyıq?!- onun zirvə olmadığına inanaraq və bunun günah olmadığına. Bəli, inanmalıyıq ki, 21- ci əsrdə belə Füzülidən böyük qəzəlxana olmaq olar, sadəcə inanmalıyıq buna...

Poeziyada dünyaca tanınan bir- iki yazarımız olsa da, nəsrdə yox dərəcəsindədi. Yəni, bizdən öncəki əsrlərdə- zamanlarda yaşamış heç bir nasir sözün həqiqi mənasında yazıçı olmağı bacarmayıb. Ölkəsi, vətəni üçün çox iş görmüş ola bilərlər, ancaq onları böyük yazarlarla eyni səviyyədə tutmaq olmaz axı. Hələ...hələ bütləşdirmək. Bu gələcək nəsillərə qandal vurmaq kimi bir şey olar. Deyək çox sevdiyimiz Mirzə Cəlil, Kərimzadə, Haqverdiyev və b yazarlar. Onların çox böyük marifçi , vətənpərvər olduğuna inanıram, ancaq onları Tolstoy, Hüqo, Mopasan kimi yazarlarla müqayisə etmək olmaz axı. Eləsək də, gülməli bir hal çıxar meydana.... o zaman onları niyə bütləşdirib, gənclərin önünü bağlayırıq. Axı dünyaca ünlü bir yazarımız olacaqsa, bu yuxarda sadaladıqlarımdan güclü yazar olmalıdır. Yenə də deyirəm bunları edərkən o insanları təhqir vəya inkar etməkdən çəkinməliyik. Onlar edə biləcəklərini ediblər, növbə bizdə...

Ədəbiyyatı qoyaq bir kənara. Musiqi, rəssamlıq, heykəltaraşlıq və b. Bu sahəllərin hansı birində dünyaşöhrətli bir insanımız olub. O zaman onları da bütləşdirməyin mənası yoxdu. Bütləri qırmaq və keçmişini inkar etmək ayrı- ayrı şeylərdi. Mentalitet və milli, mənəvi dəyərlərin tamam başqa şey olduğu kimi. Bu gün onlarca tanınmış şairimiz, yazıçımız var. Dünyanı demirəm, sorğu keçirək görək Azərbaycanın bölgələrində onları tanıyan olacaqmı?!

Bizdən öncəki nəsillərin mirası parçalanmış Azərbaycandı. Indi bax belə insanları bütləşdirmək, toxunulmaz elan etmək olarmı?! Nadir şahdan bu yana itirə- itirə, parçalana- parçalana gəlirik. Yenə də keçmişimizi, babalarımızı tərifləməkdən əl çəkmirik. Birləşib, düşmənlə savaşmaq yerinə, bir- biri ilə döyüşən xanları qəhrəman kimi öyrədirik uşaqlarımıza... Uzun sözün qısası, bizdən öncəki nəsillər heç də ideal deyil. Əgər var olmaq, inkişaf etmək istəyirksə, onlardan yaxşı olmağa məcburuq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728