manera.az
manera.az

“Mücrü” kitabının təqdimatı keçirilib

“Mücrü” kitabının təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycanın Xalq yazıçısı, görkəmli alim və pedaqoq Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabının təqdimatı keçirilib.

AYB-dən Manera.az-a verilən məlumata görə, AMEA-nın dəstəyi ilə nəşr olunan kitabın redaktoru və ön sözün müəllifi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Tədbiri giriş sözü ilə AYB-nin katibi İlqar Fəhmi açıb. O, G.Hüseynoğlu yaradıcılığıını yad etdiklərinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

İ.Fəhmi ilk sözü AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abbdullayevə verib. Ç.Abdullayev Sovet hakimiyyəti illərində azadlıq uğrunda mübarizə aparan G.Hüseynoğlunun məşəqqətli həyatından söhbət açıb.
“Mücrü” kitabının təqdimatı keçirilib
Sonra yazıçının yaradıcılığı haqqında ətraflı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli G.Hüseynoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı mühüm rolundan ətraflı bəhs açıb. İ.Həbibbəyli AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ərsəyə gələn bu kitabın ideya müəllifi olduğunu bildirib və sözü A.Əlizadəyə verib.

Mikayıl Müşfiq şeirlərinin vurğunu olduğunu bildirən AMEA-nın prezidenti Müşfiq yaradıcılığını dərindən araşdıran G.Hüseynoğluna böyük rəğbət bəslədiyini söyləyib.

G.Hüseynoğlu yaradıcılığı və şəxsiyyətindən bəhs edən akademik Teymur Kərimli mənsur şeir ustası G.Hüseynoğlunun Avropa və rus ədəbiyyatından daha çox, məhz klassik Azərbaycan ədəbiyyatı ənənənələrinə söykəndiyini vurğulayıb.

T.Kərimli yazıçı ilə bağlı xatirələrini də bölüşüb.

Tədbirdə iştirak edən akademik Abel Məhərrəmli, filologiya üzrə elmlər doktorlarıVaqif Yusifli, Məmməd Əliyev G.Hüseynoğlu ilə bağlı xatirələrindən, o cümlədənyazıçının antisovet fəaliyyətindən danışıblar.

Yazıçının oğlu Toğrul Abdullayev kitabın gözəl tərtibatla nəşrinə görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirib. O, Akif Əlizadənin, Teymur Kərimlinin atasının yaradıcılığına göstərdikləri rəğbəti daim hiss etdiyini xüsusilə vurğulayıb.

Tədbirin sonunda Toğrul Abdullayev iştirakçılara simvolik olaraq mücrü şəkilligümüş döş nişanları paylayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728