manera.az
manera.az

Xalq yazıçısı Elçin məruzə ilə çıxış edib

📅 28.02.2019 12:12

Xalq yazıçısı Elçin məruzə ilə çıxış edib
Fevralın 27-də Xalq yazıçısı Elçin Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Müasir tənqid və ədəbi proses” mövzusunda məruzə ilə çıxış edib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə AYB sədri Anar açıb və sözü məruzəçiyə verib.

Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, AYB katiblərindən Fikrət Qoca, Çingiz Abdullayev, Nazim İbrahimov, Rəşad Məcid, İlqar Fəhmi, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, tanınmış yazıçılar, tənqidçilər, elm və mədəniyyət xadimləri, jurnalistlər, oxucular iştirak ediblər.

Məruzənin sonunda tanınmış qələm adamları çıxış edib, səslənən fikirlərə münasibət bildirdilər.

Xatırladaq ki, Elçinin “Müasir tənqid və ədəbi proses” məruzəsi üç hissədən ibarət məqalədir və yaxınlarda Manera.az-da yayımlanacaq./kulis.az/

MANERA.AZ


Baxış sayı - 1 066 | Yüklənmə tarixi: 28.02.2019 12:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031