manera.az
manera.az

Şah Mat Teatrı mövsümünü “Stullar”la açacaq

📅 03.09.2019 16:50

Şah Mat Teatrı mövsümünü  “Stullar”la açacaq

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatriı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq.

Tamaşa 5 sentiyabr tarixində saat 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq.

İki personajın rol aldığı səhnə əsəri rejissorlar Ümid Abbas və Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacaq.

Psixoloji dram janrında olan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, çox gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə LALdır.
Gənc sənətçilər Mir Qabil Ələkbərov və Ümid Abbas tərəfindən oynanlılan tamaşaya biletləri 3 AZN əldə etmək mümkündür.

Ünvan «ETUD Cafe & Bar» İslam Səfərli küçəsi 23

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 904 | Yüklənmə tarixi: 03.09.2019 16:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930