Opera və Balet Teatrı mövsümü “Koroğlu” ilə açacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü “Koroğlu” operası ilə açacaq.
Teatrdan Manera.az -a verilən məlumata görə, sentyabrın 19-da Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq tamaşada Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun “Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib.
Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. “Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunub.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.