manera.az
manera.az

Yuxusuzluq irsən keçir | MANERA.AZ

📅 29.09.2015 09:59

Yuxusuzluq irsən keçir  | MANERA.AZ

Həkimlər yuxusuzluğun irsən keçdiyini iddia edirlər.

Tədqiqatçılar müəyyən ediblər ki, insanlarda yuxusuzluğun yaranmasında genetik amillər böyük rol oynayır.

Tədqiqatın nəticələri “Sleep” jurnalında dərc olunub.

Statistikaya görə, Yer kürəsi əhalisinin təqribən 30-35 faizi bu və ya digər şəkildə yuxusuzluqdan əziyyət çəkir. Xroniki yuxusuzluq, yəni üç ay ərzində həftədə ən azı üç dəfə yuxunun pozulması yaşlı əhalinin 10 faizini əhatə edir. Bu hal qadınlarda daha çox müşahidə olunur.

Tədqiqatda iştirak edən 7,5 min insan alimlərin suallarını cavablandırıb. Eyni zamanda, onların genetikası təhlil edilib. Məlum olub ki, yuxusuzluq qadınların 59 faizində, kişilərin isə 38 faizində irsən keçir.


Baxış sayı - 1 727 | Yüklənmə tarixi: 29.09.2015 09:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930