manera.az
manera.az

Astrofiziklər kainatın sonunu təyin ediblər |MANERA.AZ

📅 15.08.2015 15:28

Astrofiziklər kainatın sonunu təyin ediblər |MANERA.AZ
Alimlər ilk növbədə kainatın sönmə sürətini ölçüblər və bu təcrübəyə əsasən onun sonunun vaxtını təyin etməyə çalışıblar.

Astrofiziklər öz təcrübələrinin nəticələrini Beynəlxalq Astronomiya Birliyinin Honoluluda (Havay adaları) keçirilən yığıncağında elan ediblər.

Musavat.com xəbər verir ki, bu elmi araşdırmalar “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunub.

Alınmış nəticələr göstərir ki, son 2.3 milyard ildə ulduzların parlaqlığı iki dəfə azalıb. Astronomların qənaətlərinə görə, təqribən 100 trilyon ildən sonra kainatın sonuncu ulduzları olan çırtan ulduzlar da sönəcək.

Son parlaq ulduzlar da söndükdən sonra kainatda ancaq qara dəliklər, neytron ulduzlar, ağ və qəhvəyi çırtdan ulduzlar və soyuq planetlər qalacaq. Kainatda 1 kvadrilyon ildən sonra planet qalmayacaq. 10 kvadrilyon ildən sonra isə qara dəliklər neytron və çırtdan ulduzları özünə sovuracaq.

Kainatın tədricən söndüyü artıq ötən əsrin 90-cı illərindən məlum idi. Amma alimlər son təcrübələrində bunun sürətini təyin edə biliblər. Alimlər yerdən 2 milyard işıq ili məsafədə yerləşən 220 min qalaktikanın şüalanmasını öyrəndikdən sonra bu nəticəyə gəliblər.


Baxış sayı - 2 248 | Yüklənmə tarixi: 15.08.2015 15:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930