manera.az
manera.az

Türkiyənin məşhur jurnalı Nəsimiyə həsr olunub

📅 30.06.2019 12:30

Türkiyənin məşhur jurnalı Nəsimiyə həsr olunub
İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) eyni adlı jurnalının 17-ci sayını böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr edib.

Manera.az xəbər verir ki, jurnalda Türkiyənin və Azərbaycanın tanınmış qələm adamlarının Nəsimi haqqında məqalələrinə yer verilib.

Prof.Dr. Atabey Kılıçın “Seyid Nəsimiyə dair”, Prof.Dr. Ziya Avşarın “Nəsiminin dünyasında bir gəzinti”, Prof.Dr. Özer Şenödeyicinin “Nəsiminin şeirlərində insana verilən dəyərin ifratı”, Xalq yazıçısı Anarın “Şairin hünəri”, f.e.n. Səyyad Aranın “Seyid İmaməddin Nəsimi - ədəbiyyat üfüqündə doğan günəş”, f.e.d. Vüqar Əhmədin “Nəsiminin dini-fəlsəfi görüşləri”, Dr. Mahmud Əkkamın “Edamdan sonra başlanan həyat”, f.e.d. Qəzənfər Paşayevin “Nəsimi və aşıq yaradıcılığı” məqalələrini, Xalq şairi Bəxtiyar Vahabzadənin “Allah” şeirini “İLESAM”ın 17-ci sayında oxumaq mümkündür.
Türkiyənin məşhur jurnalı Nəsimiyə həsr olunub
Nəsimiyə həsr edilmiş buraxılışın üz qabığında Xalq rəssamı Arif Hüseynovun əsəri yer alıb.

Qeyd edək ki, “İLESAM” jurnalı yüksək tirajla çap edilir və çoxsaylı abunəçiləri ilə yanaşı, Türkiyənin bütün kitabxanalırna paylanılır./ayb.az/

MANERA.AZ


Baxış sayı - 944 | Yüklənmə tarixi: 30.06.2019 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031