manera.az
manera.az

"Ulduz" jurnalı Nəsimiyə xüsusi buraxılış həsr etdi

📅 26.04.2019 19:57

"Ulduz" jurnalı Nəsimiyə xüsusi buraxılış həsr etdi
"Ulduz" jurnalının aprel sayı işıq üzü görüb.

Manera.az xəbər verir ki, bu sayı böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Jurnalda yazıçı Anarın "Şairin ürəyi", Musa Ələkbərovun "Ədəbi-mədəni irsə, milli sərvətə böyük məhəbbətin parlaq nümunəsi", Abid Tahirlinin "Nəsimi Azərbaycan mühacirət ədəbiyyatında", Paşa Əlioğlunun "Nəsimi yaradıcılığının tədqiqi tarixi barədə", Qüdsiyyə Qəmbərovanın "Azərbaycan ədəbiyyatı inkişafında Nəsiminin rolu və yeri", Rahid Uluselin "İmadəddin Nəsimi və Nikolay Kuzanlı", İradə Musayevanın "Ədəbiyyatşünaslığın klassik irs problemi və İmadəddin Nəsimi", Gülşən Əliyeva-Kəngərlinin "Poetik fəlsəfənin Nəsimi mərhələsi", Kamran Əliyevin "Nəsimi yaradıcılıında folklorizmlər" kimi yazılarıyla yaxından tanış ola bilərsiniz.

Həmçinin jurnalın "Dərgidə kitab" rubrikasında Nəsimi poeziyasından nümunələr öz əksini tapıb.

"Sərgi" rubrikasında isə Xalq rəssamı Arif Hüseynovun Nəsimi yaradıclığıyla bağlı rəsmləri də yer alıb.

Jurnalın yaxın günlərdə təqdimatı planlaşdırlır.

MANERA.AZ


Baxış sayı - 1 668 | Yüklənmə tarixi: 26.04.2019 19:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930