manera.az
manera.az

Nəsimiyə həsr olunan bədii qiraət müsabiqəsi keçiriləcək

📅 16.02.2019 13:04

Nəsimiyə həsr olunan bədii qiraət müsabiqəsi keçiriləcək
ADMİU-da İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək.

Manera.az xəbər verir ki, iki nominasiya üzrə təşkil olunacaq müsabiqədə ADMİU-nun məzunları və tələbələri və digər universitetlərin tələbələri iştirak edə bilər.

Müsabiqə aprel ayında başlayacaq.

Qiraət müsabiqəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Nəsimi ili”nə töhfə vermək üçün hazırladığı tədbirlər planının bir hissəsidir.

“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər ilin sonuna qədər davam edəcək. Payız aylarında universitetdə şairin yaradıcılığına həsr olunmuş “Cahana sığmayan şair” adlı elmi-praktiki konfrans keçiriləcək.

Bununla yanaşı, ilin sonlarına doğru ADMİU-da İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tamaşanın hazırlanması da nəzərdə tutulub. Həmçinin universitetin professor-müəllim heyəti və tələbələri il ərzində Nəsiminin ədəbi irsi ilə bağlı tədqiqatlar aparacaq, simpozium, konfrans və seminarlarda iştirak edəcək.

MANERA.AZ


Baxış sayı - 1 769 | Yüklənmə tarixi: 16.02.2019 13:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031