manera.az
manera.az

Azərbaycanlı filosofun kitabı Rusiyada nəşr olunub

📅 08.06.2019 17:20

Azərbaycanlı filosofun kitabı Rusiyada nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Мерцание” adlı aforizmlər kitabı Rusiyanın “Художественная литература” nəşriyyatında çapdan çıxıb.

Kitabın redaktoru Fəxrəddin Hacıyevdir.

Fəlsəfə, estetika, kulturologiya, filologiya və tənqidin aktual problemlərinə dair 24 kitabı nəşr edilmiş, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə Azərbaycanı təmsil etmiş Rahid Uluselin fəlsəfi yaradıcılığında mühüm yer tutan aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, hazır tapıntılardan daha çox axtarış düşüncəsini gücləndirmək enerjisini daşıyır.

Kitabın əsas məqsədi – yaşadığımız tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir.

O, çağdaş Azərbaycan müəlliflərindən bir filosofun xaricdə çap olunmuş ilk aforizmlər kitabıdır.

MANERA.AZ


Baxış sayı - 795 | Yüklənmə tarixi: 08.06.2019 17:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031