manera.az
manera.az

GİZ jurnalistlər üçün növbəti seminar keçirir - FOTOLAR

📅 01.06.2019 11:54

GİZ jurnalistlər üçün növbəti seminar keçirir  - FOTOLAR
"Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramı çərçivəsində baş tutan seminar iki gün davam edəcək

Bu gün Xaçmaz şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən KİV nümayəndələrinə "Sığorta hüququ və onun tətbiqi qaydaları: beynəlxalq qanunvericilik və təcrübə" mövzusunda seminar başlayıb.
GİZ jurnalistlər üçün növbəti seminar keçirir  - FOTOLAR

Manera.az xəbər verir ki, seminarı giriş sözü ilə GİZ-in nümayəndəsi Şakir Səfərbəyov açıb. O, iştirakçılara seminarın məqsədi və əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, təmsil etdiyi təşkilat jurnalistlər üçün hər zaman aktual olan mövzularda təlimlər keçirməyə çalışır. Gələcəkdə də media nümayəndələrini maraqlandıran mövzularda təlim-seminarlar davam etdiriləcək.

Sonra seminarın təlimçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, ekspert Tahir Əliyev seminara başlayıb.

Seminar çərçivəsində bugünkü proqrama əsasən media nümayəndələrinə sığorta, sığorta münasibətlərinin subyektləri, sığorta sahələri, sığorta obyekti və sığorta predmeti, sığorta marağı, təkrarsığorta, şərikli sığorta, qrup halında sığorta, ikili sığorta, qismət sığorta, azadolma məbləği və s. barədə ətraflı məlumat verilib.

Həmçinin təlimçi ilə jurnalistlər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. KİV nümayəndələrinin seminarı əhatə edən mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələrinin iştirak etdiyi seminara Manera.az-ın nümayəndəsi də qatılıb.

Şəhla Aslan,
Manera.az

GİZ jurnalistlər üçün növbəti seminar keçirir  - FOTOLAR

GİZ jurnalistlər üçün növbəti seminar keçirir  - FOTOLAR
GİZ jurnalistlər üçün növbəti seminar keçirir  - FOTOLAR
GİZ jurnalistlər üçün növbəti seminar keçirir  - FOTOLAR
GİZ jurnalistlər üçün növbəti seminar keçirir  - FOTOLAR


Baxış sayı - 1 558 | Yüklənmə tarixi: 01.06.2019 11:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031