manera.az
manera.az

Ramiz Rövşən oxucularla görüşdü

📅 12.05.2019 20:41

Ramiz Rövşən oxucularla görüşdü
Mayın 11-də Bakı Kitab Mərkəzinin "Yazıçı ilə dialoq" layihəsinin növbəti qonağı şair, kinodramaturq Ramiz Rövşən olub.

Mərkəzdən Manera.az-a verilən məlumata görə, şair görüşdə həyatı, yaradıcılığı, ədəbiyyata gəlişi haqqında söz açıb, oxucuların suallarını cavablandırıb.

Daha sonra o, uşaq ədəbiyyatında mövcud olan problemlərdən, tərcüməçilik fəaliyyətindən söz açıb, şeirlər haqqında düşüncələri ilə bölüşüb, dünya klassiklərdən kəlamlar oxuyub.

Görüşdə R.Rövşən yeni “Sevgi açarı” kitabını da təqdim edib, ilk dəfə çap olunmuş gənclik dövrü, eləcə də məşhur şerlərini səsləndirib.

Sonda şair oxucular üçün kitab imzalayıb.

MANERA.AZ


Baxış sayı - 1 317 | Yüklənmə tarixi: 12.05.2019 20:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930