manera.az
manera.az

Rövşən Yerfinin "Yerfi silsiləsi" adlı yeni kitabı çap olunub

📅 27.12.2018 13:53

Rövşən Yerfinin "Yerfi silsiləsi" adlı yeni kitabı çap olunub
Yazıçı Rövşən Yerfinin "Yerfi silsiləsi" adlı yeni kitabı Bakı Kitab Klubu tərəfindən çap olunub.

Kitab, düşünməyi sevənlər üçün nəzərdə tutulub. Belə ki, kitaba yazıçının müxtəlif mövzularda olan kiçik həcmli esseləri, mənsur şeirləri toplanıb.

Müəllif kitabını unudulmaz kitab təbliğatçısı, Bakı Kitab Klubunun yaradıcısı mərhum Elxan Rzayevin xatirəsinə həsr edib.

Rövşən Yerfi kitabı haqqında belə deyir: "Yerfi silsiləsi kiçik dağ silsiləsidir. Eynilə bu kitab da kiçik esselər silsiləsidir. Yeni kitabın öncəkilərdən fərqi, obrazların özümün olmasıdır. Mənim düşüncələrim, dünyaya baxışım, olduğum kimi - bütün güclü və zəif tərəflərim ilə burada öz əksini tapıb".

Qeyd edək ki, kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulmayıb. Tiraj məhdud sayda olduğu üçün kitabı əldə etmək istəyənlər vaxt itirmədən Bakı Kitab Klubuna müraciət edə bilər.

Yazıçı sonda onu da qeyd edib ki, "Günahsız qatıl" kitabı hazırda Tehranda əski əlifba ilə çapa hazırlanır.

MANERA.AZ


Baxış sayı - 1 371 | Yüklənmə tarixi: 27.12.2018 13:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031