manera.az
manera.az

"İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq

📅 26.01.2019 19:26

"İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq
Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq.

Kitabxanadan Manera.az-a verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən təşkil ediləcək.

Sərgidə Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş ediləcək.

Sərgi il ərzində ictimaiyyətə açıq olacaq.

MANERA.AZ


Baxış sayı - 1 475 | Yüklənmə tarixi: 26.01.2019 19:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930