manera.az
manera.az

Gənc yazarların nəzərinə! - Nəsimi ilə bağlı şeir müsabiqəsi başladı

Gənc yazarların nəzərinə! - Nəsimi ilə bağlı şeir müsabiqəsi başladı
“Ulduz” dərgisi dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şeir müsabiqəsi elan edir.

Bu barədə Kult.az-a “Ulduz” dərgisinin baş redaktoru Qulu Ağsəs məlumat verib. O, müsabiqənin şərtləri barədə danışıb:

“2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması münasibətilə “Ulduz” ədəbi dərgisi və “Vektor” Beynəlxalq Elmlər Akademiyası ilə birgə Nəsimi müsabiqəsinə start vermişik.

Müsabiqədə 35 yaşa qədər gənc yazarlar iştirak edə bilər. Hər kəs müsabiqəyə yalnız bir şeirlə qoşula bilər. Mövzu və vəzn sərbəstdir. Yəni şeirin Nəsimiyə ithaf olunub-olunmaması heç bir əhəmiyyət daşımır. Birinci yerə 200 manat, ikinci yerə 150 manat, üçüncü yerə isə 100 manat məbləğində mükafat veriləcək. Qalibə həmçinin “Ulduz” jurnalı və “Vektor” Beynəlxalq Elmlər Akademiyasının diplomu təqdim ediləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər yazılarını şəxsiyyət vəsiqələrinin fotosu ilə birgə dursul@mail.ru elektron poçtuna göndərə bilər. Bu, müsabiqəyə qatılan iştirakçının yaşını bilmək üçün vacibdir. Şəxsiyyət vəsiqələrinin fotosunu atmayanların şeiri qəbul edilməyəcək.Yazıların son qəbulu tarixi 31 martdır.

Yerlər münsiflər tərəfindən müəyyənləşdirildikdən sonra qaliblərin adları aprel ayında mətbuat konfransında açıqlanacaq”.
Gənc yazarların nəzərinə! - Nəsimi ilə bağlı şeir müsabiqəsi başladı
Qulu Ağsəs “Ulduz” jurnalının “Nəsimi ili” ilə bağlı başqa planları olduğunu da deyib:

“Biz jurnalın bütövlükdə aprel sayını İmadəddin Nəsimiyə həsr etməyi düşünürük. Aprel sayında indiyə qədər Nəsimiyə həsr olunmuş elmi məqalələrdən parçalar, Nəsiminin öz şeirləri, portretləri, onun haqqında illüstrasiyalar, bir neçə nüfuzlu qələm adamının yeni yazıları çap olunacaq. “Nəsimi ili” ilə bağlı Azərbaycana xaricdən qonaqlar gələndə həmin materialları onlara təqdim edəcəyik.

Nəsimi ilə bağlı növbəti layihəmizi isə Türkiyədə sənət adamları ilə birgə həyata keçirəcəyik. Qardaş ölkə ilə danışıqlar aparılıb və razılıq əldə olunub. Layihənin mahiyyətinin hələlik sürpriz kimi qalmasını istəyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkə səviyyəsində Nəsiminin yaradıcılığı ilə bağlı yeni işlər və tədbirlər həyata keçirilir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031