manera.az
manera.az

“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
Xeyirxah Platforması “Kainat” Tədris Mərkəzi və Deaf Community ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Jest dili üzrə tərcümə olimpiadası”na qeydiyyat elan edir.

Xeyirxah Platformasından verilən məlumata görə, olimpiadanın əsas məqsədi danışma və eşitmə əngəli olmayan insanlar arasında bu dilin təbliği, bununla belə, danışma və eşitmə məhdudiyyətli insanlara dəstək olunmasından ibarətdir.

Layihədə iştirak etmək üçün müraciət edənlər seçim mərhələsinə dəvət olunacaq. Seçim mərhələsini uğurla keçənlər isə yarımfinal və final mərhələsində bu dil üzrə biliklərini yoxlayacaq. Danışdığımız dildən jest dilinə və əksinə tərcümədən ibarət yarışmada münsiflər heyətinin rəyi əsasında seçilən 1, 2 və 3-cü yerin sahibləri “Kainat” Təhsil Mərkəzi tərəfindən uyğun olaraq 1000, 500 və 300 manatlıq təhsil kuponu ilə mükafatlandırılacaq.

Layihədə iştirak etmək istəyənlər mayın 5-nə qədər www.xeyirxah.com saytı üzərindən qeydiyyatdan keçə bilərlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930