manera.az
manera.az

Firuz Mustafadan gənc dramaturqlara JEST

📅 16.10.2018 13:02

Firuz Mustafadan gənc dramaturqlara  JEST

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə “Səhnə” yaradıcılıq qurumu fəaliyyətə başlayır.

Qurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasını təmin etməkdir.

Yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulur.

“Səhnə”
yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya marağı olan şəxslər, o cümlədən, ssenarist və rejissorlar iştirak edə bilərlər.

Qurum gələcəkdə öz “praktik-vizual” tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir.

Yaradıcılıq qurumunun rəhbəri dramaturq Firuz Mustafa, məsul katibi rejissor Nicat Qəribdir.

Qurumun ilk tədbiri 29 oktyabr saat 12-də AYB-nin Natəvan klubunda keçiriləcək.

Maraqlananlar və qatılmaq istəyənlər Nicat Qəriblə əlaqə saxlaya, ya da "Səhnə" Yaradıcılıq Qurumuna müraciət edə bilərlər (051 788 01 58).


MANERA.AZ


Baxış sayı - 1 212 | Yüklənmə tarixi: 16.10.2018 13:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031