manera.az
manera.az

Marsel Prustun məşhur romanı ekranlaşdırılacaq

📅 03.04.2019 15:26

Marsel Prustun məşhur romanı ekranlaşdırılacaq
MANERA.AZ Rus KİV-lərinə istinadən xəbər verir ki, Marsel Prustun “İtmiş zamanın axtarışında” silsilə romanı ekranlaşdırılacaq. Bu haqda Deadline xəbər verib.

Fransız rejissoru, prodüser, aktyor və ssenaristi Qiyom Qalenn romanı ekranlaşdırmağı öz üzərinə götürüb. Qeyd edək ki, rejissor bundan öncə də serial çəkilişində əsərə müraciət edib. Belə ki, o, 2017-ci ildə Qonçarovun məşhur “Oblomov” əsərini ekranlaşdırmışdı.

Qiyom Qalen “İtmiş zamanın axtarışında” sserialının həm müəllifi, həm də soprodüseri olacaq. O, hadisələrin təsvirini sürət əsrinə qədəm qoyulmamış - telefon və naqillərsiz bir zamanda 1970-1990-cı illərdə canlandırmaq istəyir.

Rejissor hələlik hər birində 8 seriya olmaqla 3 sezonluq serial çəkməyi planlaşdırır. Çəkilişə başlama vaxtı hələki məlum deyil.

MANERA.AZ


Baxış sayı - 1 009 | Yüklənmə tarixi: 03.04.2019 15:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031