Markesin “Yüz ilin tənhalığı” ekranlaşdırılacaq
“Netflix” məşhur kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanını ekranlaşdıracaq.
Manera.az xəbər verir ki, “Netflix” Twitterdə olan mikrobloqunda yazıçının məşhur “Yüz ilin tənhalığı” romanı üçün hüquqi icazə aldığını vurğulayıb.
Bildirişdə yazılıb: "“Netflix” Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” şedevrinin ekranlaşdırılmasına hüquqi icazə aldı. Hal-hazırda roman seriya düzümünə adaptasiya edilməkdədir. Bu, romanın mövcud olduğu 50 il ərzində verilən ilk icazədir".
“Variety” məlumatına görə serial ədəbiyyatçının öz vətənində - Kolumbiyada çəkiləcək. Həm də məlum olub ki, yazıçının oğlulları – Rodriqo Qarsia Barça və Qonsalo Qarsia Barça serialın prodüseri olacaqlar.
Rodriqo Qarsianın sözlərinə görə atası dəfələrlə romanın ekranlaşdırılmasından imtina etmişdir. Səbəb isə o zamanlar kino industriyasının yetəri səviyyədə olmaması və filmin yalnız ispan dilində səsləndirilməsi tələbi idi. Hal-hazırda serial indusstriyasının qızıl dövründə, rejissor və ssenaristlərin profissional dönəmində əsəri ekranlaşdırmamaq günah olardı.
Qeyd edək ki, Qabriel Qarsia Markesin məşhur romanı 1967-ci ildə ədəbiyyatsevərlərə təqdim olunmuşdu.
Məhz bu romana və digər yaradıcılıq nümunələrinə görə yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü../edebiyyatqazeti.az/
Ruscadan tərcümə: Günel Eyvazlı