manera.az
manera.az

Prezident Novruz şənliyində...

📅 19.03.2019 12:02

Prezident  Novruz şənliyində...
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər.

MANERA.AZ xəbər verir ki, Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəldilər.

Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.

Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Novruz" yarmarkası ilə tanış oldular.

Bayram şənliyi davam edir.


Baxış sayı - 1 277 | Yüklənmə tarixi: 19.03.2019 12:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930