manera.az
manera.az

Bakıda Novruz festivalı olacaq

📅 09.03.2018 12:19

 Bakıda Novruz festivalı olacaq
Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər də iştirak edəcək.

Nazirlikdən bildirilib ki, eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı qazanacaqlar.

Qonaqların bayram əhvalını tam mənasında yaşaya bilmələri üçün meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq. Bu səbəbdən də nazirlik bayram günlərində sakinləri və turistləri asudə vaxtlarını Novruz festivalında keçirməyə dəvət edir.

Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək.


Baxış sayı - 1 537 | Yüklənmə tarixi: 09.03.2018 12:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930