manera.az
manera.az

Sabir Fondu yeni layihəyə başlayıb

📅 18.02.2019 10:43

Sabir Fondu yeni layihəyə başlayıb
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “ART-Motiv” layihəsinin təqdimatı keçirilib.

Təqdimatda ziyalılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Qeyd olunub ki, Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verir.

Ölkəmizdə ilk dəfə təqdim olunan “ART-Motiv” adlı bu layihə dünya ədəbiyyatının motivasiyaedici nümunələrini daha yaxından tanıtmaq və sevdirməklə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə, formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulur.

Layihədə əsas məqsəd yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaqla cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, keyfiyyətli, cəmiyyətin və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etməkdir.

MANERA.AZ


Baxış sayı - 847 | Yüklənmə tarixi: 18.02.2019 10:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930