manera.az
manera.az

Bəxtiyar Vahabzadəyə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

📅 13.02.2019 20:11

Bəxtiyar Vahabzadəyə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” adlı ədəbi-bədii tədbir keçirildi.

Manera.az xəbər verir ki, tədbir ədibin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlaydı.

Sonra söz AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayevə verildi: “Bəxtiyar Vahabzadə adını doğruldan şairdir, bəxtiyar şairdir. O Azərbaycanı sevdiyi qədər Türkiyəni də sevirdi. Eyni zamanda B. Vahabzadə Azərbaycanda sevildiyi kimi Türkiyədə də sevilirdi. Onun çox sayda kitabları Türkiyədə çap olunub. Allah ona rəhmət eləsin!”

Bəxtiyar Vahabzadəyə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxış etdi: Bəxtiyar Vahabzadə dilimizi zənginləşdirən böyük bir şair olaraq bizə ədəbiyyat sahəsində böyük miras qoyub getmişdir. Bugünki tədbir də bir xatırlama, xatırlatma tədbiridir. Biz dilimizə, mədəniyyətimizə xidmət belə insanları unutmayacaq və fəaliyyətimiz boyunca bu missiyamızı davam etdirəcəyik.

Sonra TİKA Bakı koordinatoru Teoman Tiryakin çıxış edərək Bəxtiyar Vahabzadənin Türk dünyasındakı yerindən bəhs etdi, onun bütün türk dünyasının qürur yeri olduğunu bildirdi.

Çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olundu.

Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa etdi.

Tədbir aktyorların ifasında B.Vahabzadənin şeirlərinin səsləndirilməsi ilə davam etdi.

Manera.az


Baxış sayı - 1 598 | Yüklənmə tarixi: 13.02.2019 20:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031