manera.az
manera.az

Elçin Hüseynbəylinin yeni kitabının təqdimatı olacaq

📅 04.02.2019 15:27

Elçin Hüseynbəylinin yeni kitabının təqdimatı olacaq
Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) “Qarabağ hekayələri” silsiləsidən “Gözünə gün düşür” kitabının təqdimatı olacaq. Tədbir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, 6 fevral, saat 14:00-da baş tutacaq.

Manera.az xəbər verir ki, kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.

333 səhifəlik, xüsusi dizaynlı kitabı “Yeni poliqrafist” nəşriyyatı çap edib.

Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.
Elçin Hüseynbəylinin yeni kitabının təqdimatı olacaq
Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi “Küləkli çöl” adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxıb. Son hekayə - “Sevgiylə döyüşmək” ötən ilin aprelində nəşr edilib.

Kitab tədbir iştirakçılarına hədiyyə ediləcək.

MANERA.AZ


Baxış sayı - 1 382 | Yüklənmə tarixi: 04.02.2019 15:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930