manera.az
manera.az

“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı olub

📅 19.12.2018 18:26

“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı olub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: zərif talelər” (sənədli hekayələr və portret yazılar) kitabının təqdimatı olub.

Manera.az xəbər verir ki, tədbirdə AYB-in katibi Rəşad Məcid, nasir, yazıçı-dramaturq Elçin Hüseynbəyli və başqaları Z.Məhərrəmlinin zəngin yaradıcılığından söhbət açıblar.

Müəllifin “Qarabağ müharibəsi: zərif talelər” əsərinin məziyyətləri barədə məlumat verən natiqlər deyiblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100-cü ildönümünə həsr edilən kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub.
“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı olub
Diqqətə çatdırılıb ki, müəllifin Qarabağ mövzusunda sayca 6-cı olan bu kitabında üz-üzə qaldığımız qanlı savaşın dəhşətlərindən bəhs edilən sənədli hekayələr toplanıb. Kitabda Zemfira Məhərrəmlinın cəbhə illərində qələmi ilə döyüşən qadın həmkarları – xanım jurnalistlər haqqında portret yazıları da yer alıb.

Onun kitablarının müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayan natiqlər Z. Məhərrəmlinin “Döyüşə qızlar gedir” əsəri əsasında sənədli film çəkildiyini də diqqətə çatdırıblar.
“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı olub
Kitabın bütünlükdə Qarabağ döyüşlərinə həsr edilmiş hünər salnaməsi və gələcək nəsillər üçün yaddaş olduğu vurğulanıb.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Z.Məhərrəmli kitabını imzası ilə oxuculara təqdim edib.

MANERA.AZ


Baxış sayı - 1 376 | Yüklənmə tarixi: 19.12.2018 18:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031