manera.az
manera.az

Azərbaycanlı rəssamın sərgisi Parisdə

📅 01.02.2019 19:34

Azərbaycanlı rəssamın sərgisi Parisdə
Parisin 4-cü rayonunda "Galerie Schwab Beaubourg” qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi olub.

Manera.az xəbər verir ki, rəssamın əsərləri Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Almaniya, Misir və Fransada dəfələrlə sərgilənib. Əsərləri Rovereto Müasir İncəsənət Muzeyində (İtaliya), eləcə də Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı şəxsi kolleksiyalarda saxlanılır.

53-cü Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. 2013-cü ildə Londonda "Gazelli art House” incəsənət evində "Rəqs edən sümüklər” sərgisi böyük maraqla qarşılanıb. İngilis incəsənət tənqidçisi onun əsərlərinin faciəvi xarakterinə görə onu Francis Bacon ilə müqayisə edib.
Azərbaycanlı rəssamın sərgisi Parisdə
Rəssamın yaradıcılığında insan daim yeni stilistik həllər axtarışında olur. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığının əsas xarakterlərindəndir. Rəssam əsasən isti rənglərə müraciət edir. O, müasir ekspressionist və müstəsna kolorist hesab olunur.

BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında "Qobustandan yol gələn naxışlar”, Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri avropalı sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanır.

N.Nəcəfov Londonun məşhur "Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində də iştirak edib.

MANERA.AZ


Baxış sayı - 1 087 | Yüklənmə tarixi: 01.02.2019 19:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031