manera.az
manera.az

Londonda azərbaycanlı rəssamların sərgisi açılıb

📅 26.09.2018 09:59

Londonda azərbaycanlı rəssamların sərgisi açılıb
Azərbaycan Respublikasının Londondakı səfirliyində incəsənət sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, Kaspi Müasir İncəsənət Qalereyası və Birləşmiş Krallıqda Azərbaycanlı Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində xarici qonaqlar və Londonda fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycanlı Qadınlar Assosiasiyasının fəxri prezidenti Ülviyyə Tağızadə əsərlər haqqında məlumat verib. Bildirib ki, sərgidə 5 müasir rəssamın əsərləri yer alıb. Onlardan 4-ü Azərbaycan, 1-i isə Özbəkistan rəssamıdır. Bu rəssamlar yaradıcılıq üslubu baxımından bir-birindən fərqlənsələr də, onların təmsil etdikləri region adət və ənənələri, rəng və emosiyaları birləşdirir.
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb
Sərginin məqsədi təkcə incəsənət əsərlərini nümayiş etdirmək deyil, eyni zamanda, rəssamları, onların həyat və yaradıcılıqlarını diqqət mərkəzinə çəkməkdir. Sərginin əsas ideyası təqdim olunan əsərlərin hekayəsini London incəsənət auditoriyasına çatdırmaqdır.

Sərgi iki gün davam edəcək.


Baxış sayı - 1 040 | Yüklənmə tarixi: 26.09.2018 09:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031