manera.az
manera.az

Konfutsinin 25 müdrik kəlamı

📅 24.01.2019 14:16

Konfutsinin 25 müdrik kəlamı
Konfutsi (əsil adı Kun Çyu) adi insan idi, ancaq onun təlimini tez-tez din adlandırırlar. Halbuki, ilahiyyat və teologiyanı maraqlandıran suallar Konfutsi təlimi üçün heç bir önəm kəsb etmir. Bu təlim mənəviyyat, etika və insanlar arasındakı həyati münasibətlərin nizamlanmasına fokuslanır.

Konfutsi, yüksək mənəviyyatlı və harmonik bir cəmiyyətin qurulması ideyasını təklif edən ilk insanlardan biriydi. Onun etikasının qızıl qaydası isə budu:

“Özünə arzulamadığın şeyi başqasına da arzulama” (“səninlə necə davranılmasını istəyirsənsə, başqasıyla da elə davran”).

Onun təlimi, insanlar tərəfindən elə böyük rəğbətlə qarşılandı ki, dövlət səviyyəsində ideoloji normaya çevrildi və demək olar 20 əsr boyunca öz məşhurluğunu itirmədi.

Onun dərsləri, hər kəsin anlayacağı qədər sadədir və görünür, məhz bu səbəbdən də çoxunu belə effektiv şəkildə ilhamlandırır:

1. Üç yol bilgiyə aparır: düşünüş yolu - bu, ən nəcib yoldu; təqlid yolu - bu, ən asan yoldu; və təcrübə yolu- bu isə ən ağrı-acılı yoldu.

2. Əgər nifrət edirsənsə, deməli sənə qalib gəliblər.

3. Nizam-intizamlı, qayda-qanunlu bir ölkədə davranış və danışıqlarında cəsarətli ol. Nizamsız, qayda-qanunsuz bir ölkədə isə davranışlarında cəsarətli, danışıqlarında isə ehtiyatlı ol.

4. Qisas almağa hazırlaşırsansa, bəri başdan iki məzar qaz.

5. Nəsihətlərini, öz cahilliyini kəşf edib bilgi axtarışına çıxanlara ver.

6. Səni anlayanların olması - xoşbəxtlikdi; səni sevənlərin olması - daha böyük xoşbəxtlikdi; əsl xoşbəxtliyi isə, sən özün kimisə sevəndə yaşayırsan.

7. Əslində həyat sadədir, biz isə onu inadla qəlizləşdirməyə çalışırıq.

8. Xırdalıqlarda göstərdiyimiz təmkinsizlik, səbatsızlıq böyük bir işi korlamağa kifayət edir.

9. Paltarlarını ən axırda soyunan ağacların şam və sərv olduğunu, ən soyuq havalar gələndə bilirik.

10. Əski insanlar çox danışmağı sevmirdilər. Çünki, öz sözlərinə yetişməməyi rüsvayçılıq hesab edirdilər.

11. Məsləhəti damcı-damcı qəbul etməyə meyilliyik, gəl ki, özümüz məsləhət verəndə vedrə-vedrə paylayırıq.

12. Ləl-cəvahiratı yetəri qədər sürtmədikdə, o, yaxşı cilalanmır. Eynilə, bir insan da yetəri qədər cəhd etməyəndə, çətinliklərə qatlaşmayanda uğurlu insan ola bilmir.

13. Nəcib insan özünə qarşı tələbkar olur, düşük insan isə başqalarına qarşı.

14. Bəd vərdişlərini məğlub etməyin ancaq bu gün mümkündü, sabah deyil.

15. Üç nəsnə heç zaman geri qayıtmır: vaxt, söz, imkan. Buna görə də: vaxtını hədər etmə, sözü dilinə gətirmədən öncə yaxşı seç və imkanı əldən qaçırma.

16. Könlünə görə iş seçsən, ömrün boyunca bircə gün də yorucu zəhmət çəkmədiyini görəcəksən.

17. Mən, insanlar məni anlamayanda pərişan olmuram, özüm insanları anlamayanda dilxor oluram...

18. Heç olmasa bir azca xeyirxah olmağa çalışsanız, görəcəksiz ki, bəd əmələ yol vermək halında deyilsiniz artıq.

19. Qədimdə insanlar özlərini təkminləşdirmək üçün öyrənirdilər, indisə başqalarını heyrətləndirmək üçün öyrənirlər.

20. Bütün ömrünü qaranlığı lənətləməklə də keçirə bilərsən, bu qaranlığı azca da olsun işıqlandırmaq üçün şam yandırmaqla da.

21. Bəla gəldi - insan onu yetişdirib çoxaltdı, sevinc gəldi - insan onu ucaldıb, yüksəltdi.

22. Gözəllik hər şeydədir, ancaq hər kəsdə bunu görmək qabiliyyəti yoxdur.

23. Nəcib insan qəlbən sakit, aydın olur, düşük insanın qəlbisə narahatlıqla, qayğısızlıqla dolu.

24. Əgər sənin kürəyinə tüpürürlərsə, deməli, sən qabaqdasan.

25. Böyük, heç zaman yıxılmayan insan deyil. Böyük o kəsdir ki, yıxılandan sonra qalxmağı bacarır.

MANERA.AZ


Baxış sayı - 6 585 | Yüklənmə tarixi: 24.01.2019 14:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031