manera.az
manera.az

Çin kağız kəsmə sənəti üzrə master-klass keçirilib

📅 23.01.2019 12:06

Çin kağız kəsmə sənəti üzrə master-klass keçirilib
MANERA.AZ xəbər verir ki, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili kurslarının balaca məktəblilər qrupu üçün “Jianzhi” kağızı nümunələrini kəsmək sənəti üzrə master-klass keçirilib. Uşaqlar bu sənət üçün lazım olan əzm və səbrləri inkişaf etdirməklə sadə “Jianzhi” fiqurlarını kəsməyi həvəslə öyrəniblər. Məktəblilər mükafat olaraq öz əlləri ilə hazırlanan mükəmməl bəzək əldə ediblər.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi "Jianzhi" UNESCO-nun Dünya Mədəni İrsinə daşınan Çin ənənəvi xalq sənəti və dekorativ-tətbiqi sənətkarlıq növlərindən biridir. Kağızdan kəsim nümunələri lap qədimdən Çində Şimal xanlığı dövründə yaranıb, bizim eranın 8-9-cu əsrlərində "Jianzhi" Qərbi Asiyada yayılıb, 16-cı əsrdə isə bu incəsənət Türkiyədə meydana çıxıb. "Jianzhi"-nın mövzusu çox müxtəlifdir: bəzəklər, ekzotik çiçəklər və heyvanlar, Çin heroqlifləri, klassik romandan qəhrəmanlar, Peking operasının maskaları, Çin bürcün simvolları. Ən ümumi istiqaməti isə "Jianzhi" – Çin yeni ili-Bahar bayramı ərəfəsində evlərin pəncərələrini bəzəyən "pəncərə çiçəyi" dir.


Baxış sayı - 921 | Yüklənmə tarixi: 23.01.2019 12:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031