manera.az
manera.az

MEK-də yeni sərgi açılacaq

📅 14.01.2019 12:34

MEK-də yeni sərgi açılacaq
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi Salonunda 2000 nüsxə sənəd mövcuddur.

1500-dən çox sənəd Sərgi Salonunda daimi nümayiş etdirilir. Digər sənədlər isə gündəlik olaraq yenilənir.

Buraya MEK-ə son 15 gün ərzində daxil olan sənədlər və əlamətdar günlərlə əlaqədar təşkil olunan sərgilər aiddir.

2019-cu ildə Sərgi Salonuna 127 adda sənəd daxil olub. Bu sənədlərə Milli Rəqəmsal Yaddaş siyahısına daxil edilmiş “Xəlil Rza Ulutürkün poetikası” (müəllif Əlizadə Əsgərli), “Azərbaycançılıq” (müəllif Nizaməddin Şəmsizadə), iki cildlik “Azərbaycan Ordusunun tarixi” (müəllif Mehman Süleymanov) və başqa əsərlər daxildir.

Hazırda 20 Yanvar faciəsi və şəhidlərimizin xatirəsinə həsr olunan yeni sərgi hazırlanır.

Sərgi Salonundakı elekton tabloda daimi sərginin kataloq siyahısı istifadəyə verilib.

MANERA.AZ


Baxış sayı - 815 | Yüklənmə tarixi: 14.01.2019 12:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930