manera.az
manera.az

“Qalereya-1969”da açılan növbəti sərgi

📅 28.09.2018 11:01

“Qalereya-1969”da açılan növbəti sərgi
Sentyabrın 27-də "Qalereya-1969”da "Sarıbaş” adlı rəsm sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Bildirib ki, sərgidə Qax rayonunun qədim tarixi və özünəməxsus ənənələri olan Sarıbaş kəndinə ezam olunan rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovun rəngkarlıq əsərləri nümayiş olunur.
“Qalereya-1969”da açılan növbəti sərgi
Q.Qasımov söyləyib ki, sərginin təşkilində məqsəd kəndin təbiətini əks etdirmək, incəsənətin təsirli vasitəsi ilə insanlarda bu kənd haqda təsəvvür oyatmaq, tamaşaçıların, turizm şirkətlərinin diqqətini bu qədim diyara cəlb etməkdir.

Sərginin ekspozisiyasında yer alan əsərlərin özəlliyi haqqında məlumat verən natiq deyib ki, sərgidə nümayiş edilən 40-dək rəsm əsəri rəssamların yaradıcılığının mükəmməlliyindən xəbər verir.

"Sərgilənən əsərlər sənətkarlıq xüsusiyyətləri ilə səciyyələnir. Üç gün davam edən sərgidə nümayiş olunan əsərlər ölkəmizin digər şəhər və rayonlarında da sənətsevərlərə təqdim olunacaq” deyə Q.Qasımov söyləyib.
“Qalereya-1969”da açılan növbəti sərgi
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.


Baxış sayı - 1 316 | Yüklənmə tarixi: 28.09.2018 11:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031