manera.az
manera.az

“Sarıbaş” adlı sərgi açılacaq

📅 19.09.2018 19:45

 “Sarıbaş” adlı sərgi açılacaq
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 27-də “Qalereya-1969”da “Sarıbaş” adlı sərgi açılacaq.

MANERA.AZ xəbər verir ki, sərgidə Qax rayonun qədim tarixi və özünəməxsus ənənələri olan Sarıbaş kəndinə ezam olunan rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovun rəngkarlıq əsərləri nümayiş etdiriləcək.

Sərginin təşkilində məqsəd kəndin təbiətini əks etdirmək, incəsənətin təsirli vasitəsi ilə insanlarda bu kənd haqda təsəvvür oyatmaq, tamaşaçıların, turizm şirkətlərinin diqqətini bu qədim diyara cəlb etməkdir.

Üç gün davam edən sərgidə nümayiş olunan əsərlər ölkəmizin digər şəhər və rayonlarında da sənətsevərlərə təqdim olunacaq.


Baxış sayı - 1 215 | Yüklənmə tarixi: 19.09.2018 19:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930